2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş

Ülviyyə Tapdıq qızı Həmzəyeva Ərəzin kənd mərkəzinin iclas zalında Ərəzin və Camaldın kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

 

ILQAR QULIYEV
ILQAR QULIYEV
?????????????????????????
ILQAR QULIYEV
ILQAR QULIYEV
ILQAR QULIYEV
ILQAR QULIYEV

 

Görüşü giriş sözü ilə açan YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, YAP çox böyük tarixi yol keçib. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafında, sosial-iqtisadi və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var.

Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Prezident İlham Əliyev inkişafın Azərbaycan modelinin əsasını qoyub, ölkəmizin inkişafı bir çox dövlətlərə nümunədir. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf göstəriciləri qeydə alınmasın. Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir.

Təşviqat qrupunun üzvü Ədalət Əhmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədi Ülviyyə Həmzəyevaya səs verməyə çağırıb.

Görüşdə həmçinin seçicilərdən İsmayıl Ağayev, Əbülfəz Ağayev, Hüseyn Məmmədov, Sevinc İbrahimova və şəhid atası Cavanşir Qasımov çıxış edərək YAP-ın bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildiriblər.

Qeyd edək ki, Culfa şəhərində “Şəhidlər” Abidə Kompleksi ziyarət olunub, rayonun Ərəzin və Camaldın kəndlərində şəhid ailələri ilə görüş keçirilib, hər iki kənddə şəhidlərin məzarları ziyarət olunub.


media-728x90banner

Bənzər xəbərlər