Ülviyyə Həmzəyeva seçicilərlə görüşdü
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili Naxçıvanın Tumbul kəndində növbəti vətəndaşlarla görüşünü keçirib .
Deputat bildirib ki, görüş zamanı vətəndaşlarla fərdi qaydada söhbət aparıldı, onların problem və təklifləri müzakirə edildi.
Əsas müraciətlər məşğulluq, sosial təminat, maliyyə, bank, su, torpaq, əmlak, enerji və şəxsi problemlərlə bağlı idi.
Qaldırılan məsələlər diqqətlə araşdırılıb, aidiyyəti qurumlara göndərilmək üçün hazırlanır, görüşdə 14 nəfər iştirak etdi, 12 nəfərin müraciəti qeydə alındı deyə millət vəkili qeyd edib.
Görüşdə Naxçıvan Şəhər İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəfail Əhmədov, Tumbul kənd İcra Nümayəndəsi Əcəmi Tağıyev, Tumbul kənd Bələdiyyə sədri Bəxtiyar Bayramov, Milli Məclisin VII çağırış deputatı Ülviyyə Həmzəyevanın köməkçisi Araz Xudiyev iştirak ediblər.






















