media-25
 Milli Məclisin deputatı Üıviyyə Həmzəyeva   vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin dekabr ayı üçün təsdiqlənmiş seçicilərin qəbul cədvəlinə uyğun olaraq, Culfa rayonunun Gülüstan kənd sakinləri ilə növbəti görüş keçirib .
XALQ xəbər verir ki, millət vəkilinin görüşü kənd mərkəzinin binasında baş tutub.
Görüşdə Yeni Azərbaycan Partiyasının Culfa rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elçin Məmmədəliyev, Gülüstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ümid Abdinov iştirak etmişlər.
Kənd sakinləri ilə görüş zamanı əsasən sosialyönümlü problemlər diqqətə çatdırılıb: ünvanlı sosial yardımın verilməsi, işsizliklə bağlı çətinliklərin aradan qaldırılması, kənddə su problemlərin mövcudluğu, səhiyyə ilə əlaqədar mövzuları və bələdiyyə sistemi ilə əlaqədar müzakirələr aparılıb. Kəndin mərasim evinə ehtiyacı olduğu vurğulanmışdır və bir nəfər vətəndaşın ev problemi diqqətə çatdırılmışdır.
Qaldırılan bütün müraciətlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb və müvafiq dövlət qurumlarına yönləndirilib. Vətəndaşlara bildirilib ki, məsələlərin operativ həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb və siyasi-tarixi əhəmiyyətinə toxunulub.
Gülüstan kənd sakinləri ilk dəfə Heydər Əliyev adına Su Anbarının açılışında Prezident İlham Əliyevin: “Buradan baxanda Gülüstan kəndi, gül buketini xatırladır” dediyi sözlərini anaraq, gələn yayda su olmasını diləyirlər ki, Gülüstan öz adına uyğun görüntüsünü itirməsin.
Seçicilər, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya gedən abadlıq-quruculuq işlərinə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
media-01 media-02 media-03 media-04 media-05 media-06
 ****
Həmçinin   deputat Ülviyyə Həməzyeva  vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin dekabr ayı üçün təsdiqlənmiş seçicilərin qəbul cədvəlinə uyğun olaraq, Culfa rayonunun Camaldın kənd sakinləri ilə növbəti görüş keçirib

Görüş Kənd Mərkəzinin binasında baş tutub.
Görüşdə, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov, YAP Culfa rayon Təşkilatının məsləhətçisi Elşad Cəfərli, Camaldın kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Nəcəfov iştirak etmişlər.
Kənd sakinləri ilə görüş zamanı əsasən işsizliklə bağlı çətinliklər, kənddə su probleminin mövcudluğu diqqətə çatdırılıb.
Qaldırılan bütün müraciətlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb və müvafiq dövlət qurumlarına yönləndirilib. Vətəndaşlara bildirilib ki, məsələlərin operativ həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb və siyasi-tarixi əhəmiyyətinə toxunulub.
Vamaldın kənd vətəndaşları, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya gedən abadlıq-quruculuq işlərinə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
media-22 media-23 media-24 media-25 media-27

media-728x90banner

Bənzər xəbərlər