“Unibank” ASC-nin 2024-cü ildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 40 milyon 821 min manat təşkil edib.

XALQ.AZ xəbər verir ki, Valyuta.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41% və ya 28 milyon 396 min manat azdır.

Unibank"ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı

2023-cü ildə “Unibank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 69 milyon 217 min manat təşkil edib.

media-ubi

Qeyd edək ki, 2024-cü ildə “Unibank”ın aktivlərinin həcmi 1 milyard 759 milyon 725 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 169 milyon 66 min manat çoxdur.

“Unibank” Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq “MBank” adı altında təsis edilmiş ən iri özəl banklarından biridir. “MBank” ilə Azərbaycanın aparıcı banklarından biri olan “PROMTEXBANK”ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də “Unibank”a dəyişdirilib.

UniBank”ın cəmi kapitalı artıb

Bankın nizamnamə kapitalının həcmi 138 milyon 200 min manatdır.


media-728x90banner

Bənzər xəbərlər