media-usaq
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.Uşaqlar-Tanrının ailəyə bəxş etdiyi ən böyük sərvət,dünyanın ən böyük səadətidir.Uşaqlar evin sevinci,ailə üçün xoşbəxtlik mənbəyidir.Uşaqlar həyatımızı önəmli edənlər, ümidlərimizin,gələcəyimizin nümayəndələri və təminatıdır. Uşaqların böyümələri, inkişafı, ilk addımlarını atmaları və təhsilə,idmana,sənətə başlamaları insanın həyatında yaşanan ən böyük həyəcanlardan biridir.
Uşaqların hüquqlarının müdafiəsi,xoşbəxtliyi,sağlamlığı,təhlükəsizliyi,təhsilə və mədəniyyətə əlçatanlığının təmin edilməsi bizim ən mühüm məsuliyyətimizdir.
Uşaqların sağlamlığı,təhlükəsizliyi, normal inkişafı üçün çalışan hər kəs böyük hörmət və ehtirama layiqdir.
Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə, sabahın ümidi olan uşaqların üzündən gülümsəmə əskik olmasın.İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında yaşamasından asılı olmayaraq uşaqlarıın xoşbəxt, sevincli, sağlıqlı olması,uğurlu bir həyat yolu diləyi ilə bütün uşaqların bayramını,eləcə də onların valideynlərini,nənə və babalarını,əzizlərini təbrik edirik!
Əli Məsimli
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər