media-rm

Həkim, uşaq kardioloqu Elnur İmanov uşaqlar üçün ən faydalı idman növlərini açıqlayıb.

Həkim idman növlərini faydasına və təhlükəsizliyinə görə sıra ilə qeyd edib. Həkimin faydalı idman növləri sıralamasını təqdim edirik:

5 – Futbolu 5-ci sıraya qoymaq olar. Çünki fiziki hərəkətlilik var, trava da var. Həmçinin həyacan da olur. Ona görə də bu idman növünü bir qədər arxa sıralara qoysaq, məntiqə daha uyğun olar.

4 – Gimnasitanı 4-cü sıraya qoya biləərik. Çünki fiziki hərəkətlilik var, ancaq akrobatik hərəkətlər də var deyə bu idman növünü ön sıralara qoya bilmərik. Bu idmanda əzələ dartınması, travma ehtimalları da çoxdur.

3 – Yüngül qaçışı 3-cü sıraya qoya bilərik. Çünki bu idman növündə çox da ağır və əziyyətli bir şey yoxdur.

2- Velosipedlə məşğul olmağı 2-ci sıraya qoymaq olar. Çünki əzələlər işləyir, ancaq yenə də velosipedin düzgün yerlərlə sürülməsi tövsiyyə olunur. Çünki travma almaq, ağır yaralanmaq mümkündür.

1 – Üzmək 1-cı sırada gələn ən faydalı idman növüdür. Bütün əzələlər işləyir, bel incəlir, bədən dincəlir. Bu idman növünün faydası çoxdur.


media-728x90banner

Bənzər xəbərlər