media-vaqif

Moskvada ən nüfuzlu “qanuni oğrulardan” biri hesab olunan azərbaycanlı Vaqif Süleymanov saxlanılıb.

 XALQ xəbər verir ki, bu barədə məlumatı Rusiya mənbələri yayıb.

İddialara görə, Vaqif Süleymanov uzun illərdir kriminal aləmdə tanınır və postsovet məkanında geniş əlaqələrə sahibdir. Onun Moskvada xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Hadisənin detalları və saxlanmanın səbəbi araşdırılır.

Qeyd edək ki,Vaqif Diplomat və ya Vaqif Bakinski ləqəbi ilə tanınan Vaqif Süleymanov da uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur.

 


media-728x90banner

Bənzər xəbərlər