Vaqif Əsədova ağır itki – Oğlu vəfat etdi-Foto
Azərbaycanın Xalq artisti, rejissor Vaqif Əsədovun oğlu vəfat edib.

XALQ.AZ xəbər verir ki,bu barədə Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva “Ölkə.Az”-a açıqlamasında bildirib. Qeyd edək ki, V.Əsədovun oğlu Oqtay Əsədov maliyyə sahəsində çalışırdı. Sənətkar özü isə bir neçə gündür ki, koronavirusdan müalicə olunur.










