Vasif Qafarov Lerikdə vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Vasi Qafarov Lerik rayonunun Günəşli kəndində səyyar qəbul keçirib.
XALQ.AZ məlumata verir ki, millət vəkili, Lerik rayonunun Günəşli kəndində səyyar qəbul keçirilib.
Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərləri və Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Noda, Günəşli, Babagil və Bilnə kəndlərinin sakinləri iştirak edib.
Sakinlər kəndə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.
















