Vasif Talıbov, İsa Həbibbəyli, Ülviyyə Həmzəyeva…
Namizədlikləri hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən daha 3 millətinin deputatlığa namizədliyi təsdiqlənib.
XALQ.AZ-ın xəbərinə görə, bunlar Naxçıvan Muxtar Respublikasını (NMR) parlamentdə təmsil edən millət vəkilləri-Ali Məclisin sədri Vasif Talıbov, Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli və ikinci dəfə seçkilərə qatılan Ülviyyə Həmzəyevadır.
Qeyd edək ki, V. Talıbov 1 saylı Şərur-Sədərək seçki dairəsi, İ. Həbibbəyli 2 saylı Şərur seçki dairəsi, Ü. Həmzəyeva isə 6 saylı Culfa-Babək seçki dairəsindən namizəd irəli sürülüb.
Hər 3 millət vəkili müvafiq Dairə Seçki Komissiyaları (DSK) tərəfindən qeydə alınıblar.
Onu da qeyd edək ki, V. Talıbov indiyə kimi 5 dəfə millət vəkili olub və 6-cı dəfə seçkilərə qatılıb.
İ. Həbibbəyli 3 dəfə millət vəkili və 4-cü dəfə seçkilərə qatılıb.
Rəssam Ü. Həmzəyeva isə bir dəfə millət vəkili olub və artıq ikinci dəfə seçkilərdə iştirak edir.
XALQ.AZ










