Vətən müharibəsi iştirakçılarından Soltan Məmmədova dəstək
Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, dünən seçicilərlə görüşümüzün ardınca dəyərli qazi qardaşlarımla bir araya gəldim. Qazilər bizim qəhrəmanlarımız, yeni nəsil üçün nümunə ünvanımızdırlar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumuzu yenidən bizə qaytaran mətin ordumuz, şəhidlərimiz və qazilərimiz olub. Ona görə də hər zaman qeyd etdiyimiz kimi, biz belə cəsur övladları böyüdüb boya-başa çatdıran ata və analara borcluyuq!
Son 4 ilə yaxın müddətdə sıx ünsiyyətdə olduğum qazi qardaşlarım bu üç həftə ərzində, yəni seçki kampaniyası zamanı elə bir görüş olmayıb ki, məni tək qoysunlar, yanımda olmasınlar və ya tədbirlərdə iştirak etməsinlər. Bir daha təşəkkür edirəm. Var olun! deyə Soltan Məmmədov qeyd edib.















