İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

“Bu gün hər valideyn çalışmalıdır psixoloji, mənəvi və fiziki cəhətdən sağlam övlad böyütsün”.

Bunu  deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, unutmaq lazım deyil ki, hər bir dövlətin gələcəyini gənclər müəyyən edir:

“Müstəqillik qazandığımız ilk gündən dövlətimiz tərəfindən uşaqların və gənclərin uğurlu inkişafı üçün lazım olan bütün addımlar atılmaqdadır. Heç kəsə sirr deyil ki, Azərbaycan gəncliyinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra hər bir sahəyə olduğu kimi gənclərin parlaq gələcəyi üçün onlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın parlaq gələcəyi yalnız savadlı və intelektual qabiliyyəti yüksək olan gənclərdən ibarətdir. Təbii ki, gənclərmizin savadlı, bilikli, ən əsası isə vətənpərvər ruhda böyüməsi Ulu Öndər Heydər Əliyev siyasətinin ideologiyasının əsas istiqamətlərindən biridir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinu uğurla davam etdirən cənab prezident İlham Əliyev tərəfindən gənclərin sağlam vətənpərvər ruhda böyüməsi üçün davamlı olaraq müxtəlif addımlar atılır, sərəncamlar və fərmanlar imzalanır”.

Deputat qeyd edib ki, 44 gün Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfəri məhz gənclərimizə borcluyuq.

“İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərimizin vətənpərvər olmasını və onlarda vətən sevgisinin nə qədər böyük olduğunu sübut etdi. Gənclərimiz tək döyüş meydanında deyil həm də informasiya müharibəsində düşməni biabırçı məğlubiyyətə uğratdı. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq vətənpərvərlik məktəbi olmaqla ilə yanaşı həm də gələcək nəsillərə örnəkdir. Düşünürəm ki, vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq. Hesab edirəm k, döyüş meydanında olduğu kimi azad etdiyimiz torpaqların bərpa edilməsində, müasir infrastrukturun qurulmasında da gənclərimiz böyük xidmətlət göstərəcəklər”.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Vətənpərvər ruhda böyüyən gəncləri olan dövlət daim qüdrətini qoruyub saxlayacaq" - DEPUTAT

 


media-728x90banner

Bənzər xəbərlər