media-ner
İstintaqa cəlb edilən Respublika Endokrinoloji Mərkəzin sabiq direktoru Nərmin İsmayılovaya yeni vəzifə verilib.
XALQ məlumatına görə, o, “Referans” Klinikasının Endokrin və Cərrahi Mərkəzinin baş həkimi təyin olunub.
media-344
Qeyd edək ki, bu ilin mart ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirmişdi. Yayılan məlumata görə, müvafiq şikayət əsasında Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalara başlanmışdı.
Bir müddət sonra yayılan digər məlumatda bildirilirdi ki,  Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

media-728x90banner

Bənzər xəbərlər