Vilnüsda Azərbaycan Respublikasının Səfirliyinin avtomobili qəzaya düşüb.

Səfirlikdən XALQ.AZ-a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.