“Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildi.  Bizim Qarabağı cənnətə çevirməyimiz artıq tam reallaşır.  Görülən işlər, həyata keçirilən layihələr dünyanın diqqətini Qarabağımıza yönəldir. Cənab prezidentin ölkəmiz adına apardığı siyasət bir çox mötəbər tədbirlərə ev sahibliyi etməyimizə imkan yaradır”.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputat Vüqar İskəndəov deyib.

“Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bütün dünya ölkələrinin bizə bu qədər etimad göstərməsi, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərara gəlməsi bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir. Əlbəttə biz də bu işin öhdəsindən həmişəki kimi ən yüksək səviyyədə gələcəyik. Çünki Azərbaycan elə bir beynəlxalq tədbir yoxdur ki, onun təşkilində hər hansı səhvə yol versin. Illərdir demək olar ki, keçirilən tədbirlərə görə ən yüksək səviyyə məhz Azərbaycanda olur. Bu da bizim işə məsuliyyətlə yanaşmağımızın nəticəsidir. Azərbaycan dünyada özünü elə tanıdıb ki, artıq hamı bilir, bir işi biz görmək istəyiriksə onu ən yüksək səviyyədə edə biləcəyik. Həmçinin Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Biz əminik ki bunu da Azərbaycan ən yüksək səviyyədə təşkil etməklə nümunə olacaq”.


media-728x90banner

Bənzər xəbərlər