media-62
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər bayramının beşinci ildönümünə həsr olunmuş “Əsrə bərabər 44 gün” adlı konfrans keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Ağalar Vəliyev və Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqaşaov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xaçmaz rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə uşaqların və gənclərin əl işləri, rəsmləri, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr edilmiş fotolar, kitablar, jurnallar, qəzet materialları və digər ekspozisiyalar nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi və möhtəşəm diplomatik addımları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı böyük Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Bu gün Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışdan irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Milli Məclisin deputatları Ağalar Vəliyev və Sevil Mikayılova hərb tariximizin şərəfli səhifəsi olan və xalqımızı Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğullarının göstərdikləri şücaətlərdən və əldə olunan tarixi Qələbədən danışıblar.
Digər çıxış edənlər – şəhid anası Sevinc Cəlilova və Vətən müharibəsi iştirakçısı Əşrəf Rəhimov dövlət tərəfindən şəhid ailələri və müharibə əlillərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda 44 günlük Vətən müharibəsindən bəhs edən “Əsrə bərabər 44 gün” filmi nümayiş etdirilib.
media-55 media-56 media-57 media-58 media-59 media-60 media-61 media-62 media-63

media-728x90banner

Bənzər xəbərlər