media-1
Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Müqəddəs Həcc ziyarətində olmuş Xaçmaz rayon sakinləri – Rayon Ağsaqqallar Şurasının üzvü Nəzər Qafarov, şəhid anaları Zəminə Ağasıyeva, Yeganə Tağıyeva, Məlahət Mürsəliyeva və qazi Akif Novruzov Vətənə qayıdıblar.
Bu gün zəvvarların təşəbbüsü ilə ehsan süfrəsi təşkil olunub.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev zəvvarları ziyarətin başa çatması münasibətilə təbrik edib, dualarının qəbul olunmasını arzulayıb. Qeyd edib ki, ağsaqqalların, şəhid analarının və qazilərin bu müqəddəs ziyarətdə iştirakı xalqımızın mənəvi dəyərlərə olan hörmətinin bariz nümunəsidir. Belə mənəvi dəstək tədbirləri bundan sonra da davam etdiriləcək
media-1 media-2 media-3 media-4 media-5

media-728x90banner

Bənzər xəbərlər