Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçu Əlibəy Əlibəyovun il mərasimi keçirilib.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Anım tədbirində şəhid Əlibəy Əlibəyovun məzarı ziyarət olunub, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
****
Şəhid Xanbaba Ələmmədovun il mərasimi keçirilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Xanbaba Ələmmədovun il mərasimi keçirilib.
Anım tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbrələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərin məzarını ziyarət edib, xatirələrini ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərimizin ruhuna dualar oxunub.

media-728x90banner

Bənzər xəbərlər