Xaçmazda tədbir keçirildi
Xaçmaz Rayon İcra Hakimiyyətinin təltif olunmuş əməkdaşına medal təqdim olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təltif olunan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri-baş mühasib Şamama Məməmmədovaya təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib. Həmçinin, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Şamama Məmmədova və aparatın digər əməkdaşları səmimi təbriklərə görə təşəkkürlərini bildiriblər.
















