Xaçmazda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.
İştirakçılar Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını ifadə edib, onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqımızın rifahı və tərəqqisi naminə gördüyü tarixi xidmətləri bir daha xatırlayıblar.
Heydər Əliyevin zəngin irsi və parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunda əsas istinad nöqtəsi olaraq qalır. Dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni nailiyyətlər qazanır.













