Xanımı Ərdoğanın çıxışı zamanı kövrəldi-Video
AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.
XALQ Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Ərdoğanın terrordan azad Türkiyə şərhi və şəhidlərlə bağlı açıqlamaları duyğulu anlarla yadda qalıb.
Ərdoğanın Türkiyədə terrorun bitdiyini açıqlayan zaman həyat yoldaşı Əminə Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
Həmin anın görüntülərini təqdim edirik: