İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir

XALQ.AZ verilən məlumata görə,Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 6-12 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 9 avtomat silahı, 2 tapança, 4 tüfəng, 8 qumbara, 7 alışdırıcı, 7 süngü-bıçaq, 28 patron darağı, 602 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərinin Böyük Qaladərəsi kəndi ərazisindən isə 1 pulemyot, 1 avtomat, 1 tapança və 1 ədəd tüfəng aşkar edilərək götürülüb.


media-728x90banner

Bənzər xəbərlər