Xətai rayonu ərazisində abadlıq və yaşıllaşdırma tədbirləri görülür
Yaz mövsümünün gəlişi ilə əlaqədar Xətai rayonu ərazisində abadlıq və yaşıllaşdırma tədbirləri geniş vüsət alıb. Bu çərçivədə rayonun mərkəzi istirahət məkanlarından biri olan Heydər Parkı ərazisində yeni mövsümə uyğun olaraq müxtəlif növ rəngarəng gül-çiçəklər əkilib.
Görülən işlər parkın estetik görünüşünü daha da zənginləşdirməklə yanaşı, sakinlər üçün daha xoş və cəlbedici mühit yaradıb.
Bununla yanaşı, rayonun əsas küçə və prospektləri boyunca yerləşən yaşayış binalarında da abadlıq tədbirləri həyata keçirilib. Belə ki, binaların eyvanları gül dibçəkləri ilə bəzədilərək şəhər mühitinə əlavə rəng və canlılıq gətirilib. Bu təşəbbüs həm sakinlərin estetik zövqünün artırılmasına, həm də urban mühitin daha baxımlı olmasına xidmət edir.















