COP29-a hazırlıq ərəfəsində Bakının mərkəzi yollarında və küçələrində binalar, bir sıra obyektlər üzlənir, səliqəyə salınır. Bəzi işbazlar isə bundan istifadə edərək, bir gecədə obyekt tikməyi unutmurlar. Belə ki, Xətai rayonunda 8 noyabr prospekti – Zərifə Əliyeva adına parkla üzbəüz yolun əks istiqamətində yeni obyektin peyda olması sakinlərin diqqətini çəkib. 

 

Vətəndaşların müraciətində sözügedən obyektin qanunsuz olduğu bildirilir.

 

Qanunsuz tikili ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb . Qurumlar sorğuya cavab verməyiblər.


media-728x90banner

Bənzər xəbərlər