media-raff

Xətai rayonunda növbəti qanunsuz tikinti işləri aparılır.

XALQ-a daxil olan məlumata görə Xətai rayonu  Məzahir Rüstəmov küç. 2 ünvanında  qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə  həyata keçirilir?

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki,2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Həmin qanunsuz tikintinin videosunu təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər