media-038

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb. Aidiyyatı qurumlar bu haqda məlumatlandırılıb.

Qurban Göyüşovun qardaşı Zahir Göyüşov XALQ.AZ-a verdiyi  məlumata görə, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.

Qeyd edək ki, adı çəkilən şəxslər,1992-ci il martın 12-də şəhid olublar.

Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

media-033 media-034 media-035 media-036 media-037 media-038


media-728x90banner

Bənzər xəbərlər