Xüsusi ifası ilə Çinarə Məlikzadənin sarayda konserti keçiriləcək
Çinarə Məlikzadə xüsusi ifa tərzi və fərqli və güclü səsi ilə seçilir.
Onun ifaları hər zaman dinləyiciləri özünə cəlb edir.
XALQ xəbər verir ki, Çinarə Məlikzadənin Heydər Əliyev adına Respublika Sarayında keçiriləcək konserti onun musiqi karyerasında əlamətdar bir hadisə olacaq. Bu konsertdə o, ən sevilən mahnılarını canlı ifa edərək, pərəstişkarlarına unudulmaz bir musiqi axşamı yaşadacaq.
Səhnə performansı, xüsusi qonaqlar və vizual effektlərlə zənginləşdirilmiş bu tədbir, sənətçinin yaradıcılığının zirvəsini əks etdirəcək və uzun müddət yadda qalacaq.
Qeyd edək ki, Çinarə Məlikzadənin konsertinə bilətlər artıq satılıb. Bu da onu göstərir ki, xalq tərəfindən əsl sevgi qazanan və ifası ilə hər kəsi valeh edən sənətçi rəğbətlə qarşılanır.











