media-xest

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

media-977

XALQ “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Azyaşlının babası isə tanınmış vəkil Elçin Qəmbərovdur.

media-900

Bildirilib ki, Ə. Qəmbərovun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək k çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər- binanın komendantı 42 yaşlı Samir Məmmədov, Bakı Milli Geyim Evinin rəhbəri 48 yaşlı Könül Hümbətova və 7 yaşlı Arzu Qənbərli həlak olublar. 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.


media-728x90banner

Bənzər xəbərlər