media-47
Ramazan ayı ilə əlaqədar Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən açılan iftar süfrəsində RİH və YAP-ın rəhbər heyəti,şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Tədbirdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi yad edildi. Dövlət Himni səsləndirildi.Tədbirdə Ramazan ayının mənəvi dəyərlərlə zəngin olan mübarək günlərində təşkil olunan iftar süfrələri insanları birlik, mərhəmət və paylaşmaq ruhu ətrafında bir araya gətirdiyi qeyd olunub. İftar süfrəsində Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olması qeyd edilib. Müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Sonra iftar süfrəsi bədii hissə ilə davam edib.
media-44 media-45 media-46 media-47 media-48 media-49 media-50

media-728x90banner

Bənzər xəbərlər