media-1
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-ci ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonu ərazisində növbəti ekoloji aksiya baş tutub. Aksiya çərçivəsində Hüseyn Cavid prospektində, İzmir, Həsən bəy Zərdabi və Şəfaət Mehdiyev küçələrində 200 ədəd sərv ağacı əkilib. Ərazidə yerləşən ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
media-1 media-2 media-3 media-4 media-5 media-6

media-728x90banner

Bənzər xəbərlər