media-tia_5ca0a6d7e6af6da39cba3aba5f0de3a2_2hxbr183swp6nie59k4c-645x423

Yasamal rayonunda yaşayış binasına yaxın ərazində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub.

Xalq.online xəbər verir ki, Tribuna.az saytına yazan sakinlər bildirib ki, yaşayış binalarının arasında böyük bir ərazidə dəmir konstruksiyalarla iş aparılır. Sakinlər bildirib ki, tikintini aparan sahibkarın kim olduğunu bilmirlər. Onların ehtimalına görə, sahibkara bu qanunsuz tikinti üçün Yasamal rayon İcra Hakimiyyəti icazə verib:

“Görünür ki, tikinti qanunsuzdur. Çünki heç bir məlumat lövhəsi yoxdur, icazəni kim verib, nə tikilir bəlli deyil.
Belə qanunsuz işlərə görə Yasamalda boş yer qalmayıb. Elşad Həsənovun razılığı olmadan bir iş görmək mümkün deyil. Bəs bu tikinti necə aparılır? Görünür icra başçısı nəyəsə görə göz yumub bu tikintiyə”.

Sakinlər tikinti ilə bağlı Yasamal İH-ə dəfələrlə müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını bildirib.

Qarşı tərəfi dinləməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər