media-mirdd

Son günlər Bakının bir neçə məhəlləsində, o cümlədən Nərimanov rayonu ərazisində ağacların kütləvi şəkildə kəsilməsi barədə vətəndaşların sosial şəbəkələrdə paylaşdığı görüntülər ciddi narazılıq doğurub. İddialara görə, bu dəfə ağacların məhv edilməsi “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin tabeliyində olan briqadalar tərəfindən həyata keçirilib.

XALQ məlumat verir ki, Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birlyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə həmin ağaclar adının açıqlanmadığı tikinti maqnatının sifarişi əsasında kəsilib və tikinti aparılması üçün ərazi yaşıllıqlardan təmizlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  11 saylı ekologiya və təbii sərvətlər idarəsi isə məlum hadisəyə göz yumub.

Sakinlərin sözlərinə görə, sağlam və çoxillik ağaclar “abadlıq işləri” bəhanəsi ilə kökündən kəsilib.

Bu hal şəhərin ekoloji balansına, mikroiqliminə və vətəndaşların sağlam mühitdə yaşamaq hüququna zərbə vurur.

Məsələ ilə bağlı  Yaşıllaşdırma Təsərrüfatı Birliyindən münasibət öyrənmək mümkün  olmadı.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

media-22 media-23 media-24 media-25 media-26media-29 media-27 media-28 media-29 media-30


media-728x90banner

Bənzər xəbərlər