2024-cü ilin birinci rübündə” Yelo Bank” ASC-nin depozitlərinin həcmi 837 milyon 248 min manat olub.

XALQ.AZ  bu barədə “Yelo Bank”ın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 454 milyon 775 min manat, yaxud da 35,2 % azdır.

2023-cü ilin sonunda “Yelo Bank”ın depozitlərinin həcmi 1 milyard 292 milyon 23 min manat olub.

2024-cü iln yanvar-mart aylarında “Yelo Bank”da fiziki şəxslərin depozitlərinin həcmi 623 milyon 485 min manat təşkil edib,
Bu ilin yanvar-mart aylarında “Yelo Bank”da hüquqi şəxslərin depozitlərinin həcmi 213 milyon 762 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 506 milyon 833 min manat yaxud da 70,3% azdır.

Hüquqi şəxslərin depozitlərinin həcmi 2023-cü ilin sonunda 720 milyon 595 min manat olub.


media-728x90banner

Bənzər xəbərlər