Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib.

İdarədən XALQ-a daxil olan məlumatda deyilir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir:

“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

– Sürət həddini aşmayın;

– Yol və hava şəraitinə uyğun hərəkət edin;

– Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir”.


media-728x90banner

Bənzər xəbərlər