Müqəddəs sentyabrda-Qurtuluş savaşımızın başladığı, Xankəndi Zəfəri ilə başa çatdığı bir ayda BMT baş Assambleyasının 80-ci sessiyasında İlham Əliyevin çıxışı Qələbəmizin 5-ci ilinin təqdimatı, dünya miqyasında legiitmliyinin təsdiqi oldu. Sovetlər Birliyindən sonra 1991, 92 və 93-cü illərdə ölkəmiz o tribunada təmsil olunmadı. Heydər Əliyevin liderliyi ilə 1994-cü ilin 29 sentyabrında-rəmzi olaraq, Vətən müharibəsi ilə eyni vaxtda, müstəqillik tarixmizdə ilk dəfə, ən yüksək kürsüdən dünyaya müraciət olundu. Ulu öndər o vaxt uzaqgörənliklə deyirdi, sitat:”azğın millətçilik və separatizmin qarşısı alınmasa, dünyada təhlükələr artacaq”. Heydər Əliyev hər zaman olduğu kimi, beynəlxalq təhlükəsizlik sisteminin böhranını qabaqcadan görürdü. Tarixi paralel apardıqda elə bil, dünya Azərbaycanın 90-cı illərini yaşayır, ölkəmizsə o mərhələni aşıb, 30 il qabağa keçib.
O vaxt məğlub, indi qalib, o vaxt 1 milyon köçkünü olan, indi isə dünyada sayı 131 milyona qaçıqlanrın siyahısından çıxan, o vaxt humanitar yardımlara ehtiyac duyan, indi donor dövlətə çevirlən Azərbaycan rəhbərinin çıxışı siyasi manifest, hətta tribunal idi.
Qalib dövlət başçısının dili qalibin humanizminə söykənirdi, İrəvana şərtsiz təslimiyyət təklif etmirdi, regional sülh və ədalətli dünya quruculuğu proqramı irəli sürürdü.
Azərbaycan dövlət başçısı BMT tribunasında yalnız öz səsini yüksəltmirdi, əzilən, lakin sonda qalib gələn xalqların vahid lideri kimi danışırdı.
BMT qətnamələrini yerinə yetirdiyi üçün Baş katib Quttereş Azərbaycana təşəkkür və bizi təbrik edə bilərdi. Lakin bizim ən böyük mükafatımız qələbəmizin legitimliyinin ABŞ və beynəlxalq aləmdə tanınmasıdır.
Baş Assambleyanın 5 gün davam edən sessiyasında dünya liderlərinin çıxşları yeni müharibələrin anonsu kimi səslənirdi. Lakin tariximizdə ilk dəfə, Azərbaycanın taleyi yad dövlətlər tərəfindən deyil, özü tərəfindən həll olunur.
İkinci dünya müharibəsinin qurbanı sayılan və Xolokosta uğrayan yəhudilərə İsrail dövlətini qurmaq haqqı verildiyi halda, bu gün eyni tribunada, onun özünü ittiham obyektinə çevirirlər. Çünki qurban olmaq əbədilik toxunulmazlıq statusu vermir. Lakin azərbaycanlılar keçmişin qurbanı olsalar da bu günün qalibidirlər. Özü də yalnız hərbi deyil, həm də etik və ləyaqəli qələbənin sahibirilər. Çünki indi Yaxın Şərq və qonşu dövlətlərin apardığı müharibələrlə müqayisə etdikdə görünür ki, düşmənçiliyə baxmayaraq, azərbaycanlılar erməniləri yer üzündən və Qafqazdan silmək amalı ilə savaş aparmadı.
Ona görə də Cənubi Qafqazda sülh bərqərar edilsə, qlobal təhlükəsizlik və barışa töhvə olacaq.
Ona görə də təklif edirik ki, BMT-nin növbəti konfransı Şuşada keçirilsin. Çünki işğal nəticəsində qəbul edilən qətnamələri Quruculuq və Qayıdış aktları ilə əvəzləməyin vaxtıdır.
Zahid Oruc
Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri

media-728x90banner

Bənzər xəbərlər