“İllərdir ki, Azərbaycana qarşı ekoloji terror törədən Ermənistan öz əməllərini hələ də davam etdirir. Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə, Arazdəyəndə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu inşa etməyə hazırlaşan Ermənistanın bununla bölgədəki ekosistemə böyük zərbə vuracağı artıq məlumdur”. Bu sözləri millət vəkili Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, çünki zəhərli kimyəvi tullantıların Araz çayına axıdılması riski çox böyük təhlükələrə yol açacaq, fauna və floranı məhv edəcəkdir: “Bu da təbii olaraq həm Azərbaycan, həm də bölgə üçün ciddi ekoloji təhdid yaradacaq.

Ümumi regionun ekoloji mühitinə təhlükə yaradan Ermənistanın metallurgiya zavodunu Azərbaycanla sərhəddə tikməsi həm də Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulması deməkdir.

Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran bu qanunsuz fəaliyyəti dərhal dayandırılmalı, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti buna səssiz qalmamalıdır. Çünki Ermənistanın ekoloji terrorunun qarşısı alınmazsa bu dəhşətli fəlakətlərə yol açacaq!”


media-728x90banner

Bənzər xəbərlər