Zəngilanım öz azadlığına, sahiblərinə qovuşub.
Bu gün artıq 4-cü ildir ki, yağı düşmən tərəfindən viran edilmiş Zəngilanım öz azadlığına, sahiblərinə qovuşub. Digər işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz kimi doğma Zəngilanım da yenidən qurulur, orada genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.Prezident İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlərin elimizə, obamıza qayıdışı təmin olunur və bu istiqamətdə işlər çox sürətlə davam etdirilir.
Bu sevincli günləri bizə yaşadanlara təşəkkür edirəm!
Uca ALLAH MÜSTƏQİL , SUVEREN Azərbaycanımızı qorusun!
İmamverdi Ismayılov
Milli Məclisin deputatı











