Zirzəmidə qanunsuz tikinti: Elxan Yaqubovun qardaşının qanunsuz əməlləri aşkar olundu-Videofakt
Nəsimi rayonun növbəti qanunsuz tikinti işləri ilə bağlı məlumat dərc olunmuşdur.
Bu günlərdə isə Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 8 ünvanında binanın zirzəmisində qanunsuz tikinti işləri aparıldığı məlumatı verilmişdir.
Tikintini aparan Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubovun qardaşı Ədalət Yaqubovun göstərişi əsasında aparıldığı məlum olub.
Belə ki, Nəsimi rayon icra Hakimiyyətinin rəsmi məlumatında qeyd olunur ki, 01.11.2025 ci il tarixdə RİH əməkdaşları tərəfindən Rayon ərazisində aparılan monitorinq zamanı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 8 (34) ünvanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 5314 nömrəli İcarə müqaviləsinə əsasən Yaqubov Ədalət Ənvər oğlunun icarəsində olan qeyri yaşayış sahəsinə pilləkən qəfəsinin quraşdırılması və çardaq quraşdırılması məqsədi ilə metal boruların basdırılması faktı aşkar edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən görülmüş tədbirlər nəticəsində aparılan qanunsuz işlərinin qarşısı alınaraq, ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi olmadan aparılan tikinti işləri dayandılıb Heç bir rəsmi icazə olmadan qanunsuz olaraq zirzəminidə obyekt tikintisi aparılması başadüşülən deyil.














