ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.

Xalq.az xarici KİV-ə istinadən xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.

Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə bağlı bəyanat verəcəyini bildirmişdi.


media-728x90banner

Bənzər xəbərlər