Yüzlərlə rus hərbçi Ukraynada döyüşməkdən imtina etdi: Rusiyaya qayıtdılar
Ukraynanın Luqansk vilayətində yerləşən Rusiyanın 106-cı və 76-cı hava-desant diviziyalarının bölmələri döyüşdən imtina ediblər.
Xalq.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Bildirilir ki, hərbçilər döyüşməkdən imtina etdikləri üçün Rusiyadakı daimi dislokasiya ərazisinə qaytarılıblar.
Qeyd edək ki, Ukraynada Rusiya ordusu bir neçə dəfə oxşar hadisə ilə üzləşib. Sumı vilayətində Rusiyanın 15-ci motoatıcı alayının hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina etmişdilər.