Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində Türkiyə yüz ili qalib gəldi. Qazanan Türkiyədir.

Bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında yazıb.

Paylaşımda qeyd olunub: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək Türkiyə yüz ili üçün yenə çiyin-çiyinə quracağıq”.

Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirən Əminə Ərdoğan: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla dayanmayın, yola davam edin”, – deyə vurğulayıb.


media-728x90banner

Bənzər xəbərlər