featured-image-38575

Edam

Səudiyyə Ərəbistanının hakimiyyəti bir ailənin dörd üzvünü narkotiklərin saxlanılmasında ittiham edərək edam edib.

XALQ.AZ-ın məlumatına görə, dörd qardaş ölkənin cənub-şərqində Nadjran şəhərində bazar ertəsi edam olunub. Onlar böyük həşiş partiyasının alınmasında günahkar hesab olunublar.

“Amnesty International” hüquq müdafiə təşkilatında bildiriblər ki, qardaşlar barəsində iş materialları işgəncələr altında alınıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, krallıqda ölüm hökmlərinin sayı son zamanlar “həyəcan” təbili çalır.

Son iki həftə ərzində 17 insan edam edilib.

2013-cü ildə Səudiyyə hakimiyyəti 79 nəfəri edam edib, onlardan üç nəfərinin cinayət törətdiyi vaxt 18 yaşı tamam olmayıb.


media-728x90banner

Bənzər xəbərlər