Qobustan rayonu Təklə kənd tam orta məktəbində ağacəkmə aksiyası keçirilib.

XALQ.AZ-ın məlumatına görə, Bakı–Şamaxı magistral yolu ilə birləşdirən yolun kənarında, məktəbin pedaqoji və texniki heyətinin iştirakı ilə 450 ədəd şam ağacı əkilib. Ağacəkmə aksiyasında şagirdlər də könüllü olaraq cəlb olunublar.

Qeyd edək ki, bu günə qədər məktəbin həyətində 1800-ə kimi dekorativ və meyvə ağacı, 500-dən çox qızıl gül kolu əkilib. Növbəti günlərdə məktəbin həyətində daha 600 ədəd fındıq ağacı əkilməsi nəzərdə tutulub.


media-728x90banner

Bənzər xəbərlər