450 illik hamam Bələdiyyə binası oldu (FOTO)
Türkiyədə 450 illik hamam bələdiyyə binasına çevrilib.
ANS PRESS-in məlumatına görə, Lüləburqaz bələdiyyəsi 5 əsrə yaxın yaşı olan Sokollu Mehmet Paşa Türbəsidəki hamamı 6 milyon türk lirəsinə restavrasiya edib. Bundan sonra bina bələdiyyə məclisinin binasına çevrilib. Bu Türkiyədə bir ilkdir.
Hamamın tarixiliyi qorunub. Onun əsas hissəsində məclis iclası üçün böyük iclas zalı qurulub.
Kiçik otaqlarda isə iş otaqları yerləşir.
Sokollu Türbəsi Memar Sənanın əsərlərindən biridir. 1568-ci ildə inşa edilən türbəyə məscid, mədrəsə, karvansaray, hamam, məktəb daxildir.
Lüləburqaz bələdiyyə başçısı artıq hamamda ilk iclasını da keçirib. Emin Halebak bələdiyyə məclisinin bütün üzvlərinə təşəkkür edib.