Başak Dizerin ikinci övladı olacaq
Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı, stil məsləhətçisi Başak Dizerin ikinci övladı olacaq.
49 yaşlı Dizer hamiləliyinin beşinci ayındadır.
İddialara əsasən, cütlük bu dəfə qız övladı gözləyir. Məlumatda onların bu xəbəri böyük sevinclə qarşıladıqları qeyd olunsa da, K.Tatlıtuğ və B.Dizer hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.
***
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Başak Dizer hamiləliklə bağlı xəbərin doğru olmadığını bildirib.
















