Xəbər veridyimiz kimi Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.

XALQ.AZ yeni prezidentin dosyesini təqdim edir:

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. O, futbolçu karyerasına Tbilisinin “Lokomotiv” klubunda başlayıb, sonra “Dinamo”ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).

Daha sonra 1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin “Mançester Siti” klubuna keçib. Sonra onu İsveçrə “Grasshopper”inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.

2004-cü ilin ikinci yarısında altı ay müddətinə”Alaniya” klubuna icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.

O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.

“Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, təbiətinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır. Bütün qeyd olunanları nəzərə alaraq, komanda Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsi ilə bağlı yekdil qərar qəbul edib. Əminəm ki, Mixail Kavelaşvili Prezident İnstitutundan müvəqqəti olaraq götürülən ləyaqəti tam bərpa edəcək. Dekabrın 29-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək”, – milyarder İvanişvili bildirib.

Mixail Kavelaşvili “Gürcü arzusu”ndan formal olaraq ayrılmış hakim partiyanın nümayəndələrindən ibarət “Xalqın Gücü” siyasi birliyinin liderlərindən biridir. O, 26 oktyabrda keçirlmiş parlament seçkilərində “Gürcü arzusu” partiyasının siyahısında 18-ci yerdə olub.

Gürcüstanda ilk dəfə Konstitusiyaya əsasən, prezidenti xalq deyil, 300 nəfərdən ibarət Seçicilər Kollegiyası 5 il müddətinə seçib.


media-728x90banner

Bənzər xəbərlər