ABŞ diplomatı Qubada
ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon Quba rayonuna səfər edib.
27-28 yanvar 2026-cı il tarixlərdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonunda səfərdə olmuşdur. Səfərdə xanım Emi Karlonu ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi əməkdaşlıq şöbəsinin rəisi Erik Qrof və səfirliyinin iqtisadi məsələlər üzrə mütəxəssisi Yusif Abasov müşayət etmişdir. Səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşmüş, Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi, buradakı Dağ Yəhudiləri Muzeyi və sinaqoqlarla tanış olaraq bir qrup icma üzvü ilə görüşmüş, Quba şəhərində tarixi “Gümbəzli hamam” və “ABAD Factory” istehsalat kompleksi, həmçinin rayonun Vladimirovka kəndində “Ran Fruit” MMC meyvə çeşidləmə müəssisəsi ilə tanış olmuşlar.




















