Ağac əyilərək marketin üzərinə aşıb
“Ağac əyildi sındı, İgid əyildi öldü” deyiblər ancaq paytaxtın Nizami rayonu, Məhsəti küçəsi, 73-79 ünvanında əyilən ağac sınmasa da, sakinlər üçün təhlükə yaradıb. Bina sakinləri deyr ki, əsən güclü külək nəticəsində şam ağacı qamətini əyərək yaxınlıqdakı marketin üzərinə düşüb. Sakinlər üçün ordan gedib-gəlmək sözün əsl mənasında təhlükəyə çevrilib. Binada yaşayanlar təhlükənin qarşısını qismən almaq üçün dəmir zəncirlə ağacın kökünü dirəyə bərkidiblər. Dəfələrlə Ekeologiya və Təbi Sərvətlər Nazirliyinin qaynar xətinə də mütaciət olunub.
Binan sakini Mürvət Ağayevin sözlərinə görə, bu ayın 3-ü güclü külək əsdi, nəticədə isə ağac marketin üstünə düşdü.
Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun ekspertiza idarəsindən bildirdilər ki, həmin ünvandan müraciət daxil olmayıb. Ancaq əraziyə sabahdan baxış keçirilib, rəy tərtib olunacaq. Daha sonra təhlükə aradan qaldırılacaq.











