Ajda Pekkanın 43 minlik şam yeməyi
Məşhur türkiyəli müğənni Ajda Pekkan İstanbulun Yeşilköy bölgəsində yerləşən lüks restoranlardan birində şam yeməyində görüntülənib.
80 yaşlı “superstar” xüsusi üsulla hazırlanan və 12 saat palıd tüstüsündə bişirilən mal əti sifariş edib.
Bildirilir ki, müğənni yeməkdən sonra restorana ümumilikdə 43 min türk lirəsi (təxminən 1592 manat) ödəyib.
Sosial şəbəkə istifadəçiləri isə qiyməti həm təəccüblə, həm də maraqla qarşılayıblar.










