“Azərbaycanın şanlı ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə bütün dünyaya göstərdi ki, xalqımız Vətəninə necə bağlıdır”.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycanın gənc oğulları ilə birlikdə hətta qadınlarımız da Vətənini qorumaq üçün canından belə keçməyə hazırdır:

“Xalq yumruq şəkilndə Ali Baş Komandanın rəhbərliyi altında birləşərk mənfur düşmənə sarsıdıcı zərbə vurdu. Məhz buna görə də bu əməliyyatın adı “Dəmir Yumruq” qoyuldu.

Ümumilli lider Heydər Əliyev ordu quruculuğunun təməlini qoydu. O, yaxşı bilirdi ki, Azərbaycan xalqı öz torpaqlarına qovuşacaq və ərazi bütövlüyümüz təmin olunacaq. Bunun üçün də mütləq güclü ordu formalaşdırmaq lazım idi. Ali Baş Komandan İlham Əliyev prezident seçildiyi ilk gündən ordumuz yeni metodlarla gücləndirilməyə başladı. Zabitlərimiz Türkiyə və digər ölkələrdə ali məktəblərdə oxudular.

NATO standartlarına uyğun yeni biliklər qazandılar. Azərbaycan ordusu ildə bir dəfə Rusiya, Türkiyə və digər NATO-ya üzv olan ölkələrin orduları ilə yarışmalarda, təlimlərdə iştirak etdi. Biz artıq bilirdik ki, ordumuz nə qədər güclü və qüdrətlidir. Ordumuzda xidmət edən zabit və əsgərlərimizin döyüş ruhu ən yüksək səviyyədədir. Əbəs yerə deyil ki, Azərbaycan ordusu dünyanın ən güclü ordusu sırasındadır. Dünya birliyi də bilirdi ki, Azərbaycanda dövlət büdcəsindən ən çox ordu quruculuğuna vəsait ayrılır. Çünki bizim torpaqlarımızın 20 faizi düşmən tapdağı altında idi. Gec-tez bu xalq öz haqq işinə start verəcək və torpaqlarını işğaldan azad edəcək”.

Deputat vurğulayıb ki, sentyabrın 27-dən başlayn əks-hücum əməliyyatı bütün dünyaya 5-ci nəsil müharibənin necə olduğunu göstərdi:

“Azərbaycanın qəhrəman oğulları göstərdi ki, vətən sevgisi və döyüşmək necə olur. Hər bir Azərbaycan əsgəri gözünü qırpmadan, ölümə meydan oxuyaraq düşməni darmadağın etdi. Düşmən ordusunun əsgərləri etiraf edirdi ki, bir-iki Azərbycan oğlunun qarşısından 100-lərlə erməni necə qorxub qaçıblar. Bununla bağlı videoları da görmüşük. Həmin görüntüləri hər bir azərbaycanlı qürur hissi ilə izləyir.

Azərbaycan 44 günlük müharibə ilə tək ərazi bütövlüyünü bərpa etmədi, həm də regionda yeni geosiyasi proses formalaşdırdı. Bu gün diktə edən tərəf Azərbaycandır. Cənubi Qafqazda Azərbaycan şəriksiz liderə və söz sahibinə çevrilib. Bunu şərtləndirən amil isə iqtisadi güc, düzgün yeridilmiş xarici siyasət və düzgün qurulmuş müdafiə sənayesi, ordu quruculuğudur. Orduda xidmət edən hərbi quluqçuların əmək haqqlarının qaldırılması, yaşayış şəraitinin yüksəldilməsi və mənzillərlə təmin edilməsi həmişə dövlət başçısının diqqət mərkəzində olub. Bu gün yeni orden və medallar təsis edilib.

44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan müzəffər ordumuzun zabitləri, əsgərləri və generlları həmin orden, medallarla mükafatlandırılırlar. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və böyük şücaət göstərən oğullarımız bu medallarla təltif ediləcəklər. Vətən müharibəsi Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi həkk olunacaq. 44 günlük Vətən müharibəsi ilə bağlı çoxlu dastanlar, kitablar yazılacaq və filimlər çəkiləcək. Öz qanları və canları hesabına torpaqlarımızı işğaldan azad edən şəhid və qazilərimizin hər biri Azərbaycan gənci üçün nümunədir. Onlar göstərdilər ki, Vətəni necə sevmək lazımdır”.


media-728x90banner

Bənzər xəbərlər